PSJ “Yuventus”u qabaqladı
10.01.2015 - 00:01
PSJ “Facebook”dakı abunəçilərinin sayına görə “Yuventus”u qabaqlayaraq, sosial şəbəkələrin ən 10 ən populyar futbol klublarının siyahısına daxil olub. Apasport.az saytı xəbər verir ki, parislilərin izləyicilərinin sayı 15,5 milyona çatmaq üzrədi.
Fransa təmsilçisinin populyarlığı son iki ildə artıb.
Qeyd edək ki, “Facebook”da futbol azarkeşləri arasında ən çox izlənilən klublar “Real” və “Barselona”dı. Madrid təmsilçisinin 79 milyondan, kataloniyalıların isə 80 milyondan çox abunəçisi var.
0
0