PSJ di Mariyaya rəsmi təklif göndərdi
13.07.2015 - 08:47
“Mançester Yunayted”in argentinalı futbolçusu Anxel di Mariya karyerasını Fransada davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi PSJ-dən rəsmi təklif alıb.
Parislilər di Mariyaya görə 47 milyon funt-sterlinq xərcləməyə hazırdılar. PSJ rəhbərliyi Argentina yığmasının üzvünə həftədə 185 min avro məvacib ödəməyə razıdı.
Di Mariyanın bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, karyerası ərzində “Benfika” və Madrid “Real”ının formasını geyinmiş di Mariya ötən ildən “Mançester Yunayted”in şərəfini qoruyur.
0
0