PSJ İbrahimoviçə idman direktorluğu təklif etdi
18.05.2014 - 14:43
PSJ İbrahimoviçə idman direktorluğu təklif etdi

 

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç karyerasını başa vurandan sonra klubun idman direktoru postunu tuta bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Paris klubunun prezidenti Nasser əl-Helaifi bildirib.

 

O, artıq Zlatanla danışdığını vurğulayıb: “Onun futbolçu karyerası başa çatandan sonra, PSJ-də qalmasını istəyirəm. Əgər İbrahimoviç təklifimizi qəbul etsə, dünyanın ən yaxşı idman direktoru olacaq. Zlatan böyük hörmətə sahibdir. Mən onun professionallığını qiymətləndirirəm”.