PSJ Kavanini transferə çıxaracaq
02.01.2015 - 13:55
PSJ klubunun rəhbərliyi Edinson Kavanini satmağa razıdı. Apasport.az saytının məlumatına görə, parislilər uruqvaylı futbolçu ilə yayda yolları ayıracaqlar.
Kavani ilə İngiltərə klubları yaxından maraqlanırlar. Siyahıda “Mançester Yunayted”, “Liverpul” və “Arsenal”ın da adı var. Premyer Liqanın hər 3 təmsilçisi artıq indidən Kavani ilə danışıqları gücləndirib.
Qeyd edək ki, futbolçunun özü də açıqlamalarında İngiltərə çempionatında oynamaq istədiyini etiraf edib.
0
0