Pullu Azərbaycan klubundan imtina edən polşalı
11.02.2014 - 18:01
Pullu Azərbaycan klubundan imtina edən polşalı

“Azərbaycan və Rusiya klublarından təkliflər almışdım. Bu klublar maliyyə baxımından çox sərfəli təkliflər irəli sürürdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa yığmasının sabiq futbolçusu Kamil Bilinski deyib.

 

Vaxtilə ölkəsinin U-21 komandasının şərəfini qorumuş 26 yaşı hücumçu qış “transfer pəncərəsi”ndə Azərbaycan klublarının maraq dairəsində olub. Lakin son ilyarımda Litvada “Jalgiris”in şərəfini qorumuş polşalı adını açıqlamadığı klubumuza deyil, Rumıniyaya yollanmağa üstünlük verib: “Mən pulu deyil, idman prinsiplərini üstün tutdum. Bu üzdən də karyeramı Rumıniyada – Buxarest “Dinamo”sunda davam etdirməyə qərar verdim. Bəlkə də bəziləri mənim addımımı səhv saya bilər. Necə istəyirlərsə, elə də düşünsünlər”.

 

Qeyd edək ki, Kamil karyerası ərzində vətənində “Şlensk”, “Qavin”, “Qurnik”, “Zniç” və Plotsk “Visla”sında çıxış edib.