Puyol “Barselona”da vəzifə aldı
30.05.2014 - 23:29
Puyol “Barselona”da vəzifə aldı

 

“Barselona” futbol klubu komandanın keçmiş kapitanı Karles Puyolun klubun idman direktorunun köməkçisi postuna təyin edildiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Puyol sentyabr ayından etibarən hazırda klubun idman direktoru postunu tutan Andoni Subisaretta ilə birgə çalışacaq.

 

Puyol açıqlamasında klub rəhbərliyinə ona belə imkan yaratdığı üçün təşəkkür edib: “Var qüvvəmlə çalışacağam və ilk növbədə öyrənməyə cəhd edəcəyəm. Futbol oynayanda həmişə var qüvvəmi ortaya qoymağa çalışmışam. Yeni işimə də belə yanaşacağıma söz verirəm”.

 

Xatırladaq ki, 36 yaşlı futbolçu bu mövsüm karyerasını başa vurub.