Puyol təkcə “Barselona”dan deyil, futboldan da gedir
11.05.2014 - 17:21
Puyol təkcə “Barselona”dan deyil, futboldan da gedir

 

Bu mövsüm Karles Puyol üçün təkcə “Barselona”da deyil, ümumiyyətlə karyerasında sonuncu mövsüm olacaq. Apasport.az saytının “Catalunya Ràdio”ya istinadən məlumatına görə, “Barselona”nın kapitanı ümumiyyətlə karyerasını bitirmək qərarına gəlib.

 

Futbolçunan azarkeşləri bu kədərli, lakin gözlənilən qərardan narazı qalıblar. “Barselona”nın rəsmi saytında isə Puyolun mayın 15-də azarkeşlərlə vidalaşacağı qeyd olunub.