“Barselona”nın əfsanəsi Karles Puyol sonuncu dəfə kapitan kimi jurnalistlərin önünə çıxıb. Apasport.az saytının məlumatına görə, “Atletiko Madrid”lə oyundan sonra komandadan ayrılacaq futbolçu hamının qəlbinə toxunan çıxış edib. Komanda yoldaşları, klub rəhbərliyi və texniki heyət onu son mətbuat konfransı zamanı yalnız buraxmayıblar.
Son zamanlar bir-birinin ardınca gələn zədələr səbəbindən komandasına kömək edə bilməyən Puyol karyerasına davam edib-etməyəcəyinə sonradan qərar verəcəyini vurğulayıb: “Milyonlarla uşağın röyasını yaşadım. Mən artıq yolun sonundayam. Amma “Barselona böyük uğurlara imza atmaqda davam edəcək”.
Bütün futbol karyerasını “Barselona”da keçirən Puyol komandada yaşadığı ən xoşbəxt anı da xatırlayıb: “Ən xoşbəxt anım ağır xəstəlikdən sonra komandaya qayıdan Erik Abidalın 2011-ci ildə Çempionlar Liqası kubokunu başının üzərinə qaldırması olub”.
Puyol “Atletiko Madrid”lə oynayacaqları “qızıl finalda” komanda yoldaşlarının əllərindən gələni etməsini də istəyib: “Baş məşqçimiz Herardo Martinoya borcumuz var. Yoldaşlarım sona qədər mübarizə aparacaqlar. Ona haqq etdiyi çempionluğu yaşadacaqlarına inanıram. Əgər çempionluq qazansaq, onu ayrıca olaraq Tito Vilanovaya həsr edəcəyik”.
Mətbuat konfransına qatılan “Barselona” prezidenti Xoçe Mari Bartomeu və idman direktoru Andlni Subisaretta Puyolu “Barselona” tarixinin ən böyük kapitanı” adlandırıblar.