Qadın futbolçular da mükafatlandırılacaq
05.12.2014 - 00:03
Qadın futbolçular da mükafatlandırılacaq

UEFA qadın futbolçuları da mükafatlandıracaq. Apasport.az saytının məlumatına görə, qərar ötən gün ali futbol qurumunun İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

 

Belə ki, milli komandalarının heyətində 100-dən çox forma geyinən zərif cinsin nümayəndəsi UEFA tərəfindən mükafat alacaq.

 

Qeyd edək ki, 2011-ci ildən təsis edilən mükafat yalnız kişi futbolçulara verilir.