Qara Qarayev vurdu, yığmamız qalib gəldi - FOTOSESSİYA
21.02.2014 - 10:28
Qara Qarayev vurdu, yığmamız qalib gəldi - FOTOSESSİYA

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz İsveçrənin "Qrasshoppers" klubunun U-19 komandası ilə qarşılaşıb.

 

Oyun yığmamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. İsveçrə təmsilçisinin qapısına qolları Enes Keskin, Qara Qarayev və Səid İbadov vurub.

 

Mənbə: affa.az