“Mançester Yunayted” qış transfer “bombasını partlatmağa” hazırlaşır. Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Real”ın yarımmüdafiəçisi Qaret Beyldən əl çəkmək niyyətində deyil.
Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal rəhbərliklə görüşündə uelsli futbolçunun mütləq alınmasını tələb edib. Artıq tərəflər arasında danışıqlara start verilib. “Mançester Yunayted” bu keçid üçün qarşı tərəfə nə az, nə çox, düz 118 milyon funt-sterlinq təklif edib. “Real”da Kriştianu Ronaldonun kölgəsində qalan Beyl özü də “Mançester Yunayted”ə keçməyə müsbət yanaşır.
İspaniya mətbuatında yayılan xəbərlərə görə, “Real” əgər Dortmund “Borussiya”sından Marko Roysu transfer edə bilsə, o zaman Beylin “Mançester Yunayted”ə yollanmasına razılıq verəcək.
Qeyd edək ki, Qaret Beyl hazırda 100 milyon avro ilə dünya futbol tarixinin ən bahalı transferi sayılır. Uelsli “Mançester Yunayted”ə keçsə, öz rekordunu yeniləmiş olacaq.