Sabah Topaz Premyer Liqasında yaranan fasilə başa çatmalıdır. Apasport.az saytının məlumatına görə, III dövrənin startı iki gün ərzində baş tutacaq 5 matçla gerçəkləşəcək. Lakin ölkə ərazisinə yağan qar bəzi matçların, hətta turun təxirə salınmasına da səbəb ola bilər. Böyük ehtimalla buna son anda qərar veriləcək. Stadionların durumunun imkan verəcəyi halda klublar təxminən ayyarımlıq fasilədən sonra mübarizəni davam etdirəcək.
Tura Sumqayıtda start veriləcək. Ən azı bir neçə saatlıq liderliyə yüksəlmək imkanı olan “Qəbələ” autsayderin qonağı olacaq. Mövsümdə yeganə qələbəsini Yuri Syominin yetirmələri üzərində qazanan “Sumqayıt” isə son pillədən qurtulmağa çalışacaq.
“Qəbələ” qalib gəlməklə turu da zirvədə bitirə bilər. Bunun üçün “Qarabağ”ın xal itirməsi kifayətdir. Öz meydanında oynayacaq ağdamlılar qış fasiləsində transfer bazarının ən fəallarından olan “Xəzər Lənkəran”la görüşəcək. Cənublular qələbə ilə hətta 2 pillə irəliləyə bilər. Ağdamlılar isə heç-heçə ilə 1, məğlubiyyətlə 2 pillə geriləmək təhlükəsi ilə üzləşəcək.
İlk “üçlük”də qərarlaşan “Neftçi” “Simurq”u qəbul edəcək. Böyükağa Hacıyevin baş məşqçi postuna qayıdışından sonra ilk rəsmi matçında qələbə qazanmaq əzmində olan bakılılar liderin çətin oyunda xal itirmə ehtimalından yararlanmağa çalışacaq.
Bazar günü keçiriləcək iki paytaxt derbisində isə “Bakı” ilə “İnter” daha şanslı görünür. Liderləri izləyən “cütlük” onlardan hər hansının xal itkisindən istifadə edib xal fərqini azaltmağa ümid edir. Bunun üçün paytaxtın eyniadlı təmsilçisi “Rəvan”ı itkisiz keçməlidir. “İnter”in işi nisbətən çətindir. Çünki onların qarşılaşacağı AZAL hadisələrin uğurlu axarında 4-cü pilləyədək yüksələ bilər.
Topaz Premyer Liqası
XIX tur
1 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Qəbələ”
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança,
17:00. “Qarabağ” – “Xəzər Lənkəran”
İlk 2 dövrədəki oyunlar: 2:0, 3:0
Tofiq Bəhramov adına Respublika stadionu
2 fevral (bazar)
13:30. “Bakı” – “Rəvan”
İlk 2 dövrədəki oyunlar: 5:0, 0:0
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança
15:30. “Neftçi” – “Simurq”
İlk 2 dövrədəki oyunlar: 1:0, 0:0
“Bakcell Arena” stadionu
17:00. “İnter” – AZAL
İlk 2 dövrədəki oyunlar: 1:2, 2:0
“Şəfa” stadionu
|
|
komanda |
o |
q |
h |
m |
t |
x |
|
1 |
Qarabağ |
18 |
10 |
6 |
2 |
31-11 |
36 |
|
2 |
Qəbələ |
18 |
11 |
2 |
5 |
27-16 |
35 |
|
3 |
Neftçi |
18 |
10 |
4 |
4 |
27-19 |
34 |
|
4 |
İnter |
18 |
8 |
3 |
7 |
27-21 |
27 |
|
5 |
Bakı |
18 |
8 |
3 |
7 |
29-21 |
27 |
|
6 |
Simurq |
18 |
6 |
7 |
5 |
19-14 |
25 |
|
7 |
AZAL |
18 |
6 |
6 |
6 |
17-23 |
24 |
|
8 |
Xəzər L |
18 |
5 |
7 |
6 |
16-24 |
22 |
|
9 |
Rəvan |
18 |
1 |
6 |
11 |
9-32 |
9 |
|
10 |
Sumqayıt |
18 |
1 |
4 |
13 |
11-32 |
7 |
Bombardir: Vaqif Cavadov (İnter) - 9 qol