Qasımov millidən kənar düşdü
08.01.2015 - 17:23
Yanvarın 10-dan 24-ə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubununin üzvü Nadir Qasımov millinin heyətindən çıxatılıb.
Buna səbəb onun zədəli olmasıdı. Onu yığmada “Qəbələ”nin üzvü Elvin İmanlı əvəzləyəcək.
Mənbə: affa.az
0
0