Qattuzo “Viktoriya”nın baş məşqçisi ola bilər
13.05.2014 - 06:53
Qattuzo “Viktoriya”nın baş məşqçisi ola bilər

 

“Milan” və İtaliya yığmasının keçmiş futbolçusu Cennaro Qattuzo Çexiyanın “Viktoriya” klubuna keçə bilər. Apasport.az saytının məlumatına görə, Çexiya klubu ən yaxın günlərdə Qattuzoya müqavilə təklif edəcək.

 

36 yaşlı mütəxəssis buna qədər “Palermo»nun baş məşqçisi olub. O, klubda keçirdiyi 6 oyunda 2 dəfə qalib gəlib, 1 dəfə heç-heçəyə nail olub, 3 dəfə isə uduzub.