Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti müəyyənləşdi
23.12.2014 - 21:04
Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti müəyyənləşdi

Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, Yerlan Kojaqapanovdu.

 

O, bu gün keçirilən 11-ci növbədən kənar seçkilərdə yekdil qərarla yeni prezident seçilib.

 

Qeyd edək ki, Yerlan Kojaqapanov bu postda Adilbəy Caksıbekovanı əvəzləyib. Sonuncu 7 il ölkə federasiyasının prezidenti vəzifəsini tutub və bir müddət əvvəl istefa verib.