Qazaxlar seçim qarşısında: “Simurq”, yoxsa “Fənərbaxça”?
12.01.2015 - 11:19
Qazaxlar seçim qarşısında: “Simurq”, yoxsa “Fənərbaxça”?

Antalyada təlim-məşq toplanışında olan Qazaxıstan klubu “Atırau” Azərbaycan Premyer Liqa təmsilçisi “Simurq”la qarşılaşa bilər. Apasport.az xəbər verir ki, Zaqatala klubu qazaxıstanlılar üçün alternativ variantdı.

 

Qazaxıstan mətbuatının iddiasına görə, “Atırau” yoxlama görüşü keçirmək üçün “Simurq” və Türkiyənin güclü komandası “Fənərbaxça” arasında seçim edəcək.

 

Maraqlısı isə odu ki, “Simurq”un Antalya toplanışı çərçivəsində qarşılaşacağı bütün rəqiblər bəllidi və həmin komandalar arasında “Aturau”nun adı yoxdu. Təmsilçimiz plana görə, yanvarın 18-də Qazaxıstanın digər komandası “İrtış”la qarşılaşacaq.