"Qəbələ" Danimarka təmsilçisini məğlub etdi
16.02.2014 - 19:11
"Qəbələ" Danimarka təmsilçisini məğlub etdi

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az klub saytına istinadən xəbər verir ki,  "qırmızı-qaralar" ikinci matçda  Danimarkanın HB Koge (U-15) kollektivi ilə qarşılaşıb. Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

 

Qəbələ təmsilçisinin heyətində Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.  

 

Qeyd edək ki, Hüseynqulu Quliyevin yetirmələri ilk matçda İsveçrənin "Dietikon" kollektivi ilə üz-üzə gəlmişdi. Matç sülhlə bitmişdi - 4:4. "Qəbələ" növbəti sınaq oyununda  fevralın 17-i  Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.