Qəbələdən Saranska
28.05.2014 - 13:44
Qəbələdən Saranska

“Qəbələ”dən ayrılan məşqçiləri Andrey Syominlə Yuri Baturenkonun yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisinin sabiq baş məşqçisi Yuri Syomin köməkçilərini də özü ilə “Mordoviya”ya aparıb.

Rusiya Premyer Liqasında çıxış edəcək Saransk klubu ilə 1+1 illik müqavilə imzalayan mütəxəssisin özü bunu açıqlayıb: “Məşqçilər korpusumda mənimlə birlikdə Azərbaycanın “Qəbələ” klubundakı mütəxəssislər yer alacaq. Bunlar Andrey Syomin və Yuri Baturenkodur. Sonradan əlavə də kimisə götürəcəyik. Xüsusilə də qapıçılarla çalışan məşqçini”.

Qeyd edək ki, Syomin ölkəmizdə çalışdığı 2013/14 mövsümündə də bu iki həmyerlisinə güvənirdi.