Qələbə gətirməyən hakim
05.12.2014 - 17:43
Qələbə gətirməyən hakim

Topaz Premyer Liqasının XV turunun maraqlı qarşılaşmalarından biri “Bayıl Arena”da keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Xəzər Lənkəran” və “Qəbələ” arasında oyunu Elvin Əsgərov idarə edəcək. Bu hakim mövsümün əvvəlki oyunlarında da əyalət təmsilçilərinin matçlarında fit çalıb.

 

Premyer Liqada 6 matça çıxan referi 2 dəfə Lənkəran, 1 dəfə Qəbələ təmsilçisinin oyununda olub. Əsgərov cənublular üçün uğursuz hakimdi. Onun idarə etdiyi hər qarşılaşmada “Xəzər Lənkəran” 2 top buraxır. III turda Zaqatalada “Simurq”un 2:0-lıq qələbəsini qeydə alan ədalət təmsilçisi  XIII turda “Neftçi” ilə ev oyununda bərabərlik qeydə lıb – 2:2. Bu matçlarda cənublular 3, rəqibləri 2 qırmızı vərəqə ilə cəzalanıb.

 

“Qəbələ” isə Əsgərovun idarə etdiyi “Neftçi” ilə ev oyununda qolsuz heç-heçə ilə kifayətlənib. Bu matçda penalti və qırmızı vərəqə qeydə alınmayıb. Bir sözlə, bu hakimin idarəçiliyi altında nə “Qəbələ”, nə də “Xəzər Lənkəran” qalib gəlib.

 

Qeyd edək ki, Əsgərovun idarə etdiyi daha iki matçın nəticəsi ləğv edilib.