Qızına görə “Neftçi”dən ayrıldı
27.05.2014 - 15:21
Qızına görə “Neftçi”dən ayrıldı

“Neftçi”dən ayrılmağım düzdü”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”dən ayrılan qapıçılar üzrə məşqçi Neboyşa Manoyloviç deyib.

 

Serbiyalı məşqçi qızına görə ölkəsinə qayıtdığını bildirib: “Artıq 8 ildir ölkə xaricində yaşayıram. Həm ölkəm üçün, həm də ailəm üçün çox darıxırdım. Qızım da artıq 6-cı sinfə gedir. Ona görə qayıtmalı idim. “Neftçi”də uğurlu günlərim oldu. Orda hər şey məni qane edirdi. Sadəcə, belə lazım idi”.