Topaz Premyer Liqasının XXVIII turu meydan sahiblərinin qələbələri ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 4 gün davam edən turun bütün qarşılaşmalarında ev sahibləri 3 xal əldə edib.
“Sumqayıt” AZAL, “Bakı” “Simurq” üzərində eyni – 2:1, “Neftçi” “Xəzər Lənkəran” üzərində 1:0 hesablı qələbə qazanıb. “Qarabağ”la “İnter” isə “Qəbələ” və “Rəvan”ı 3 qolla keçib.
Belə hala mövsümdə ikinci dəfə təsadüf olunur. XVII turda da bütün qarşılaşmalarda meydan sahibləri qalib gəlmişdi. Qonaqlar həmin vaxt 5 məğlubiyyəti ümumi 2:10 hesabı ilə almışdı. Bu dəfə isə meydan sahibləri daha amansız olub – 11:2.
Qeyd edək ki, 2013-cü il dekabrın 14-15-də baş tutan XVII turda “Bakı” “Qarabağ”, “Neftçi” “Qəbələ” üzərində eyni – 2:1 hesablı qələbə qazanmışdı. “Xəzər Lənkəran” “Rəvan”ı bir, “İnter” “Sumqayıt”ı iki, “Simurq” AZAL-ı üç cavabsız qolla keçmişdi.
Qonaqların qara turu
01.04.2014 - 09:12
0
0