“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabiq komandası “Çernomorets”dən artıq iki futbolçunu yeni klubuna gətirib. Apasport.az saytı xəbər verir ki, Aleksey Qay və Ruslan Fominlə anlaşan ukraynalı mütəxəssisin bununla kifayətlənmək fikri yoxdu.
Ukrayna mətbuatının yaydığı məlumata görə, Qriqorçuk “Çernomorets”in daha iki üzvünü – Mixail Sivakov və Yevgeni Opanasenkonu da yenidən ixtiyarında görmək niyyətindədi. Həmkarlarımızın yazdığına inansaq, çalışdırıcı xüsusən də, Sivakovun mütləq alınması istəyir.
Bundan əlavə, “Çernomorets”lə yollarını ayıran qapıçı Dmitri Bezotosnının da adı şimallılarla birgə hallanır. Lakin bu məsələdə Kamran Ağayevin son durumuna görə qərar veriləcək.