Qriqorçuk zədədən qayıdan futbolçunu “Qəbələ”yə gətirir
21.01.2015 - 17:22
Qriqorçuk zədədən qayıdan futbolçunu “Qəbələ”yə gətirir

Roman Qriqorçukun baş məşqçi postuna keçməsindən sonra heyətinə 3 ukraynalı futbolçu qatan “Qəbələ” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, “qırmızı-qaralar” “Çernomorets”in daha 2 futbolçusunu transfer etməkdə israrlıdılar.

 

Belə ki, Qriqorçuk belaruslu Mixail Sivakov və ukraynalı Yevgeni Opanasenkodan əl çəkmir. Əməliyyat olunan Sivakovun hazırda bərpa prosesi keçməsi də təcrübəli çalışdırıcını fikrindən daşındırmır. Həmkarlarımız hər iki futbolçunun “Qəbələ”yə keçmək ehtimalının yüksək olduğunu bildirirlər.

 

Qeyd edək ki, qış fasiləsi dövründə Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və Rəşad Sadiqovu sıralarına qatan “Qəbələ” Ruslan Abışovun isə icarə müddətini uzadıb.