Quliyev milli komandada
04.09.2014 - 10:55
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts AVRO-2016-nın seçmə mərhələsinin Bolqarıstanla Bakıda baş tutacaq oyununa daha bir futbolçu çağırıb.
Belə ki, "Qarabağ" klubunun üzvü Tərlan Quliyev Azərbaycan millisinə dəvət olunub. O, sentyabrın 5-dən etibarən millinin təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, millimiz AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, "Bakcell Arena"da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Mənbə: affa.az
0
0