“Qarabağ”ın ölkə xaricində keçirəcəyi yoxlama oyunlarının sayı müəyyənləşib. Apasport.az saytının klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi ölkədən kənarda çox oyun keçirmək niyyətində deyil.
Belə ki, Qurban Qurbanov komandasını 3 yoxlama görüşündə sınamaq istədiyini klub rəsmilərinə bildirib. Hazırda komandanın konkret harada hazırlıq keçəcəyi isə müəyyənləşməyib. Bunun Avstriya olacağı daha real görünür. Hər halda, bu məsələ bu gün və ya sabah dəqiq bilinəcək.
Qeyd edək ki, hazırda istirahətə buraxılan “Qarabağ” iyunun 12-də bir araya gələcək. 1 həftəlik Bakı məşqlərindən sonra komanda Mərkəzi Avropaya üz tutacaq.