“Xəzər Lənkəran”ın oyun intizamı güclənib”
18.01.2014 - 16:45
“Xəzər Lənkəran”ın oyun intizamı güclənib”

Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərinə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis “Xəzər Lənkəran”ın Türkiyə “Gənclərbirliyi” klubu ilə yoxlama matçının (0:2) fasiləsində görüş haqda və öz hazırlıqlarından danışıb.

 

- İlk olaraq “Qarabağ”ın hazırlıqları haqda fikirləriniz bilmək istərdik...

- Hazırlıq normal keçir. Hər şey qaydasındadır. Proqram üzrə hazırlaşırıq.

 

- Premyer Liqanın lideri yeni transfer edəcəkmi?

- Hal-hazırda yeni oyunçu yoxdur. Lakin heyətə yeni futbolçu qatmaq istəyirik. Ola bilər alınsın, ola bilər yox.

 

- “Xəzər Lənkəran” ikinci yoxlama oyununu keçirdi və hər iki matçda siz olmusuz. Bunu onların XIX turdakı rəqibiniz olması ilə izah etmək olar?

- İstəyirik ki, rəqiblə daha yaxından tanış olaq. Yeni baş məşqçi gəlib. Komandanın oyun planında da dəyişikliklər ola bilər. Bu üzdən rəqibimizi izləyirik ki, görək oyununda nə dəyişib.

 

- “Xəzər Lənkəran”ın oyunu haqda nə deyə bilərsiz?

- Yoxlama oyununa əsasən komanda haqda fikir söyləmək olmaz. Belə qarşılaşmalara yorğun çıxırlar. Komandada oyun intizamın güclənməsini görürük. Düşünürəm ki, ikinci yarının ilk matçında bizi çətin oyun gözləyir.