Qurban Qurbanov: Çempion komandanı oyuna kökləmək çətindir
12.05.2014 - 20:02
Qurban Qurbanov: Çempion komandanı oyuna kökləmək çətindir

 

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”a məğlub olmalarını şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi rəqibi qələbə ilə təbrik edib: “Heyətdə müəyyən dəyişikliklər etsək də, oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt” ilk hissədə daha yaxşı təsir bağışladı, qol vurmaq şansları daha çox idi. Fasilədən sonra biz daha yaxşı oynasaq da, qapımızda qol gördük. Çempion olandan sonra komandanı oyuna kökləmək çətindir. Bu oyunu təhlil edib, futbolçulara iradımızı çatdıracağıq. Yanvar ayından “Sumqayıt” baxımlı oyun göstərir. Komanda sürətli əks-hücumlar qurmağı bacarır. Onlara gələcəkdə uğurlar arzulayıram”.