Qurban Qurbanov: Ciddi olmalıyıq
08.02.2014 - 17:33
Qurban Qurbanov: Ciddi olmalıyıq

“Düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun göstərdi. Azarkeşlər aktiv idi, əsl futbol ab-havası var idi”. Apasport.az saytının məlumatına görə, bu szöləri Topaz Premyer Liqasının XX turunun “Qəbələ” ilə oyunundan sonra “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

42 yaşlı mütəxəssis 1:0 hesablı qələbənin vacibliyini vurğulayıb: “Vacib 3 xal qazandıq. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq. Sürətli oyun keçdi, bu da onu göstərir ki, çempionat daha da canlanır, rəqiblər daha da güclənir. Hər bir oyun bizim üçün vacibdir. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə çalışmalıyıq”.

 

Qurbanov zədəsini tam sağaltmamış meydana çıxan Rəşad Sadıqovun dönüşünə də münasibət bildirib: “Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur. Əsas heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda olması vacibdir. Onun meydanda olması komandanın xeyrinədir”.

 

Mənbə: pfl.az