Qurban Qurbanov: Skarlatakenin təhlükəli olduğunu bilirdik
01.02.2014 - 19:33
Qurban Qurbanov: Skarlatakenin təhlükəli olduğunu bilirdik

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XIX turunda “Xəzər Lənkəran”a 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı itirilən 3 xala baxmayaraq, komandadan narazı qalmayıb: “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Təbii ki, biz də qalib gəlmək istəyirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar, onlara iradım yoxdur. Komanda 90 dəqiqə ərzində gücünü düzgün bölə bilmədi. 3-4 turdan sonra futbolçuların lazımi formada olacağını düşünürəm. Rəqibi Antalyada da izləmişdim, oyun üslubunda fərq yoxdur. Standart vəziyyətlərdə Skarlatakenin təhlükəli olduğunu bilirdik, amma öz qolunu vurdu. Hər iki hissəyə pis başladıq. Rəqib nəticə üçün hər şey etdi, qələbə qazandı. Təcrübəli futbolçulardan təşkil olunmuş komandadır. Komandamızın bir futbolçudan asılı olduğunu düşünmürəm. Bir neçə futbolçu olmaması oyun sisteminə təsir edir”.