Qurban Qurbanov: Yaradıcı futbol göstərə bilmədik
23.02.2014 - 19:26
Qurban Qurbanov: Yaradıcı futbol göstərə bilmədik

 

“Son zamanların ən çətin oyunu idi. “Simurq” bir çox rəqiblərdən üstün oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXIII turunun “Simurq”la oyunundakı xal itkisinə şərh verib. Qurbanov qolsuz heç-heçənin səbəblərini də açıqlayıb: “Bu oyunda çox səhvlər etdik, çox top itirdik. Yaradıcı futbol göstərə bilmədik. Qol imkanları buraxılan səhvlərə görə oldu. Qarşıda “Neftçi” ilə oyunumuz var, futbolçuları bu oyuna qədər tam hazır etməliyik. Topu rəqibə verdikdə daha çox güc sərf edirik”.