Qurban Qurbanov qələbədən danışdı
03.12.2014 - 19:40
Qurban Qurbanov qələbədən danışdı

“Mərhələni keçməklə qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Təcrübəli çalışdırıcı Azərbaycan kubokunun 1/8 final mərhələsində MOİK-i 4:2 hesabı ilə məğlub etmələrindən danışıb: “Soyuq havaya baxmayaraq, azarkeşlərimiz bizə dəstək oldular. Onlara təşəkkür edirəm. Düşünürəm ki, oyunda hər şey normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə növbəti oyuna hazırlaşmalıyıq”.

 

MOİK klubunun baş məşqçisi Namiq Adilov Ağdam təmsilçisinə qarşı oynamağın çətin olduğunu bildirib: “Oyuna hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir. Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik. Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.(pfl)