“İlk 2 oyunda məğlub olsaq da, sonradan qələbələr qazandıq”. Apasport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, klubun saytına açıqlamasında keçirilən təlim-məşq toplanışı və yoxlama görüşlərindən danışıb: “Öncədən Avstriyada 5 oyun keçirməyi planlaşdırırdıq. İlk oyunlarda hazırlığa yeni başlamışdıq. Sonradan tədricən proqramımıza uyğun çalışmalaramı yerinə yetirdik. Ümumi götürdükdə oyunlardan razı qaldım. Düzdü, belə tipli oyunlarda hesab bir o qədər əhəmiyyət kəsb etmir. Amma futbolçuların əzmindən razı qaldım. 1-2 xırda problem nəzərə almasaq, hazırlıqdan narazılığım yoxdu. İndi qarşıdan “Valletta” ilə oyun gəlir. Matça qədər hardasa 1 həftə vaxtımız var. İndi diqqətimizi bu qarşılaşmanın hazırlığına yönəldəcəyik”.