“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanunun postundan ayrılması ilə mövsümün ikinci istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, rumıniyalı iki oyundan sonra “Neftçi”ni tərk edən Böyükağa Hacıyevin ardınca mövsümü yarıyolda qoyan ikinci mütəxəssisdi. İki istefadan biri yerli, digəri əcnəbi çalışdırıcının hesabındadı.
2014-cü il iyunun 15-də “Qəbələ” ilə müqavilə imzalayan Muntyanu postunda 177 gün duruş gətirib. Bu müddətdə komandanı 2 avrokubok, 1 kubok, 13 Premyer Liqa görüşünə çıxaran rumıniyalı 16 qarşılaşmada mənfi balansa malikdi.
Avropa Liqasında 2 məğlubiyyət, ölkə kubokunda 1 qələbə görən legioner çempionatda 3 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə şahid olub. Muntyanunun 16 oyunluq karyerası 18 qolun vurulması, 26-nın buraxılmasıyla diqqət çəkir.
Əslində, rumıniyalı daha iki matçda “Qəbələ”yə rəhbərlik edib. Lakin onun yetirmələrinin “Araz-Naxçıvan” üzərindəki hər iki 1:0 hesablı qələbəsi sonradan ləğv olunub.
“Qəbələ”ni Premyer Liqanın ilk yarısının son 3 oyununa Sənan Qurbanov çıxaracaq. Muntyanunun getməsi, onu köməkçisinin müvəqqəti əvəzləməsi çempionatda iki dəyişikliyə səbəb olub.
Birincisi, Premyer Liqada yerli-əcnəbi balansı dəyişib. Bunadək 9 klubun 5-də azərbaycanlı, 4-də legioner baş məşqçi var idi. Qurbanov yerlilərin sayını 5-ə çatdırıb. İndi xaricilərin sayı 4-ə düşüb.
İkincisi, Qurbanov komandanı meydana çıxarmaqla mövsümün ən gənc baş məşqçisi olacaq. Bu funksiyanı müvəqqəti icra edəcək 34 yaşlı çalışdırıcı həmsoyadı Qurban Qurbanovun rekordunu yeniləyəcək. Belə ki, Qəbələ klubundakı dəyişikliyə qədər “Qarabağ”ın 42 yaşlı baş məşqçisi mövsümün ən gənc mütəxəssisi idi. O, “Sumqayıt”dakı həmkarı Aqil Məmmədovdan 1 gün gəncdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı