Qurbanov Mançinini qabaqlayacaq
08.12.2014 - 12:19
Qurbanov Mançinini qabaqlayacaq

Avropa Liqasının qrup mərhələsinin son matçında “Qarabağ”ın qonağı olacaq İtaliya “İnter”inin səfər proqramı bəllidi. Apasport.az saytının məlumatına görə, Milan klubu dekabrın 10-da paytaxtımıza gələcək.

 

Hər iki komandanın oyunöncəsi son məşqinin və baş məşqçilərin mətbuat konfransının vaxtı da artıq açıqlanıb. Dekabrın 10-da əvvəlcə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov mətbuat önünə çıxacaq. O, saat 18:00-da jurnalistlərin suallarını cavablandıracaq və yarım saatdan sonra komanda Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. “İnter”in baş məşqçisi Roberto Mançininin mətbuat konfransı isə saat 20:00-a nəzərdə tutulub. 20:30-da isə komanda son məşqə çıxacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də keçiriləcək və saat 21:00-da başlayacaq.