Qurbanovun 3-cü oyunu
06.04.2015 - 07:50
Qurbanovun 3-cü oyunu

Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov Xorvatiyanın “Hayduk” klubunun heyətində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçumuz XXVII turun “Split”lə ev oyununda iştirak edib.

 

Qurbanov komandasının 1:2 hesabı ilə uduzduğu görüşün 67-ci dəqiqəsində meydana daxil olub. O, Baliçi əvəzləyib.

 

Qeyd edək ki, bu matç Ruslanın “Hayduk”da 3-cü rəsmi matçı olub.