Qvardiola: Çempionlaq Liqasını udmalıyıq
01.04.2014 - 05:30
Qvardiola: Çempionlaq Liqasını udmalıyıq

“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola “Mançester Yunayted”lə matç ərəfəsində rəqib barədə xoş sözlər söyləyib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Mançester klubunun çempionatda zəif nəticə göstərməsinə baxmayaraq, keyfiyyətli oyunçuları olan güclü rəqib adlandırıb.

 

Qvardiola bildirib Ki, İngiltərə çempionatında hazırkı turnir vəziyyətinə baxmayaraq, “Mançester Yunayted” dünyanın ən adlı-sanlı klublarından biridir: “Sadəcə komandaya ser Aleks Ferqüssonun rəhbərlik etdiyi 10-15 ili xatırlayın. Bu klubun əvvəlki kimi çox gözəl futbolçuları var. Yenidən Mançesterdə olmaq mənim üçün böyük şərəfdir. Sonuncu dəfə burada 20 il əvvəl olmuşam. Ümid edirəm ki, yaxşı oyun göstərəcəyik. Dörddə bir finalda 8 komanda var və 8 məşqçi bu turnirdə qalib gəlmək istəyir. Bu, mənim üçün mövsümdə ən vacib titul olmasa da, ən əhəmiyyətli tituldur. Bizə bu turnirdə qalib gəlmək lazımdır. Asan olmayacaq, amma “Bavariya” buna çalışacaq. “Bavariya” sonuncu dəfə bu titulu komandada Frans Bekkenbauerin oynadığı 1976-cı ildə müdafiə edərək özündə saxlaya bilib. Bir məşqçi kimi mənə komandanın ötən mövsümdə əldə etdiyini qorumaq və uğuru təkrar etmək vacibdir».