Qvardiola Kataloniyanın müstəqilliyi mitinqində çıxış edib
09.06.2014 - 02:22
“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola siyasətlə məşğul olmağa başlayıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Kataloniyanın müstəqilliyinə həsr olunan mitinqdə çıxış edib.
Aksiya bir neçə yüz adamın iştirakı ilə Berlində keçirilib. Mitinqə qatılan Qvardiola çıxış etməkdən də imtina etməyib və alman dilində “Kataloniyalılar səs vermək istəyirlər” manifestini oxuyub.
Qeyd edək ki, Kataloniyanın müstəqilliyi ilə bağlı referendum noyabrın 9-na təyin olunub.
0
0