“Bavariya”nın baş məşqçisi Xoçep Qvardiola komandanın əsas oyunçularından biri Mario Mandjukiçi qovub. Apasport.az saytının məlumatına görə, buna futbolçunun baş məşqçi ilə münaqişəsi səbəb olub.
Qvardiola ötən həftə xorvat futbolçuya yeni klub axtarışında uğurlar arzulayıb. Hücumçu Almaniya kubokunun final oyununun heyətinə salınmayıb. Baş məşqçi isə bunu intizam tədbiri adlandırıb.
Futbolçu ilə baş məşqçi arasında münaqişə isə bir neçə həftə öncə başlayıb. Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə 4:0 hesabı ilə məğlubiyyətdən sonra Qvardiola soyunub-geyinmə otağına girib, məğlubiyyətin məsuliyyətini öz üzərinə götürərək nitq söyləyib. Oyunçuların bəzilərinin hətta gözləri yaşarıb. Mandjukiç isə bütün bu müddət ərzində ona gülürmüş. Bundan əlavə, xorvat hücumçu dəfələrlə baş məşqçinin planlarını pozub və özəl tapşırıqları yerinə yetirməyib.
Mandjukiç bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib və 26 qol vurub.