“Bavariya”nın müdafiəçisi Rafinya Braziliya milli komandasına dəvətdən imtina edib. Apasport.az saytının məlumatına görə, o, bunu milli komandada əsas oyunçu olmaması və əlavə yorğunluq yaşamaq istəməməsi ilə əlaqələndirib.
Münhenlilərin cinah müdafiəçisi cəmi iki dəfə “pentakampeon”larla birlikdə meydana çıxıb ki, onda da həm “Real”ın müdafiəçisi Danilo, həm də “Barselona”lı Dani Alves zədəli olub.
Braziliya mətbuatı isə iddia edir ki, Rafinyanın imtinasının əsas səbəbi Almaniya yığmasında çıxış etmək istəməsidi. Belə ki, onun braziliyalılarla meydana çıxdığı hər iki oyun (Çili və Venesuela) rəsmi oyun olmayıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"