“Klubdaxili iclasda maaşlarımızın veriləcəyi deyildi”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.
O, dünən Mustafa Dənizlinin istefaya göndərilməsindən sonra keçirilən iclasdan danışıb: “Bilirsiniz ki, maaşları almamışıq. Bundan sonra da istirahətə gedəcəyik. Ona görə iclasda bizə ancaq onu dedilər ki, yaxın günlərdə maaşlar veriləcək. Mustafa Dənizlinin gedişi haqqında bizə heç nə deyilmədi. Biz də elə mətbuatdan oxuduq. Klubumuzun prezidenti Mais Mənsimovun saytınızda müsahibəsini də oxuduq. Əgər klub prezidentimiz deyibsə, demək ki, Mustafa Dənizli “Xəzər Lənkəran”ı tərk edib”.