Rahid Əmirquliyev millidən kənarlaşdırıldı
19.05.2014 - 15:19
Rahid Əmirquliyev millidən kənarlaşdırıldı

Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın futbolçusu mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq komandanın heyətindən çıxarılıb.

 

Buna səbəb Rahidin zədəli olmasıdır. Bu üzdən də yarımmüdafiəçi sabah hazırlıqlara start verəcək yığmanın düşərgəsinə qatılmayacaq.

 

Mənbə: affa.az