Azərbaycan millisinin Ukrayna “Şaxtyor”u ilə bu gün keçiriləcək yoxlama oyununun hakimi Vitali Sevostyanik komandalarımız üçün tanış simadı. Apasport.az saytının məlumatına görə, bu il 35 yaşını qeyd edəcək belaruslu referi 5 il əvvəl ölkəmizin qonağı olub.
2010/11 mövsümünün Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Xəzər Lənkəran” – “Olimpiya” (Moldova) oyununda fit çalan Sevostyanik qonaqların sevinməsinə şahid olmuşdu. Lənkəranda 1:1 hesablı heç-heçəni bayram edən moldovalılar səfər qolu ilə mərhələ adlamışdılar.
2010-cu ilin yayındakı həmin görüşün iştirakçılarından Rahid Əmirquliyev bu dəfə milli formasında Sevostyaniklə görüşəcək. 5 il əvvəl belaruslu yarımmüdafiəçini sarı vərəqə ilə cəzalandırmışdı. Ümumiyyətlə isə həmin qarşılaşmada meydan sahibləri 5, qonaqlar 2 sarı vərəqə görmüşdü. Allan Lalinin qol vurduğu matç həm də Ağasəlim Mircavadovun istefası ilə əlamətdar olmuşdu.
Qeyd edək ki, 2009-cu ildən FİFA hakimi olan Sevostyanik UEFA-nın 3-cü kateqoriyasına daxildi. Lakin belaruslu idarə etdiyi beynəlxalq oyunların sayı ilə öyünə bilməz. Belə ki, o, nadir hallarda rəsmi matçlara təyinat alır.