[b]Rail Məlikov cəzalandı[/b]
08.12.2015 - 09:17
[b]Rail Məlikov cəzalandı[/b]

AZAL-ın futbolçusu Rail Məlikov cəzalanıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin müdafiəçisi “Rəvan”la qarşılaşmada sarı vərəqə alaraq, cəzalı duruma düşüb.

 

Bu, müdafiəçinin mövsümdə 4-cü xəbərdarlığıdı. Məlikov bu səbəbdən də XVI turun “Xəzər Lənkəran”la ev qarşılaşmasını buraxacaq.

 

Paytaxt derbisində sarı vərəqə alan Kamal Mirzəyev (AZAL), Tural Qürbətov (“Rəvan”) xəbərdarlıq sayında 3-ə çatıb. “Kəpəz”lə qarşılaşan “Sumqayıt”ın üzvləri Tofiq Mikayılov və Vurğun Hüseynov da təhlükə ilə üz-üzədi. Bu 4 oyunçu növbəti dəfə vərəqə alsa, cəzalı duruma düşəcək.