Rail Məlikov yenə “18-lik”də yox
14.09.2014 - 23:00
Türkiyə PTT I Liqasında II turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq üzvü Rail Məlikovun komandası “Dənizlispor” öz meydanında “Bucaspor”u qəbul edib.
Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ötən tur “Adana Dəmirspor”la oyunda “18-liy”ə daxil edilməyən Məlikov yenə oyunu kənardan izləyib.
0
0