Rail Məlikov yenə forma şansı əldə edə bilmədi
27.09.2014 - 19:40
Rail Məlikov yenə forma şansı əldə edə bilmədi

Bu gün Türkiyə PTT I liqasında IV tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq futbolusu Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” da növbəti oyununu keçirib.

 

Təmsilçimizin komandası lider “Osmanlıspor”la üz-üzə gəlib. Matda Dənizli klubu xal itirib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, komandasının 1 xal qazandığı görüşdə Rail meydana çıxmayıb. Bu mövsüm PTT I liqasında forma şansı əldə edə bilməyən, lakin Türkiyə kubokunda II turunda səfərdə "Trabzon Akçaabat"la (4:2) matda 120 dəqiqə rəqibə qarşı mübarizə aparan Rail bu dəfə qarşılaşmanın “18-liy”inə salınmayıb.