Ramil Quliyev fiaskoya uğradı
13.08.2014 - 16:00
İsveçrənin paytaxtı Sürixdə keçirilən Avropa çempionatı azərbaycanlı atlet Ramil Quliyevin üçün fiasko ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, yığmamızdan imtina edərək, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz 100 m məsafəyə qaçışda sonuncu olub.
Belə ki, Quliyev startda etdiyi səhvlər səbəbindən diskvalifikasiya olunub. Avropa çempionu adına isə 100 m məsafəni 10,06 saniyəyə qaçan fransalı Cimmi Vikaut layiq görülüb.
0
0