Ramil Şeydayev Türkiyəyə gedir
23.01.2015 - 00:10
Adı milli komandamızla hallanan “Zenit”in futbolçusu Ramil Şeydayev Türkiyəyə gedir. Apasport.az saytının məlumatına görə, Azərbaycan əsilli hücumçu Sankt-Peterburq təmsilçisinin əsas komandası ilə birgə qardaş ölkəyə təlim-məşq toplanışına yollanacaq.
Bu haqda 18 yaşlı oyunçunun özü bildirib. Qətərdəki toplanışda məşqçi qərargahının etimadını doğruldan Şeydayev Türkiyədə əsas komanda ilə birgə çalışacaq.
Qeyd edək ki, Ramil Şeydayev Qətərdə 3 yoldaşlıq matçında meydana çıxıb, 39 dəqiqə forma geyinib və 3 qola imza atıb.
0
0