“Sumqayıt” – “Qəbələ” görüşü təxirə salındı - YENİLƏNİB
31.01.2014 - 18:30
“Sumqayıt” – “Qəbələ” görüşü təxirə salındı - YENİLƏNİB

 

Topaz Premyer Liqasının XIX turunda sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” qarşılaşması baş tutmaya bilər. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar həmin görüşün baş tutmayacağı istisna deyil: “Meydanın öt örtüyü qar altında qalıb. Bizə verilən məlumata görə, hazırda stadionda təmizləmə işləri aparılır. Sabah baş tutmayacağı təqdirdə, qarşılaşma bazar günü oynanılacaq”.

Sabah daha bir matç keçirilməlidir ki, mərkəzi oyunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”ı qəbul edəcək. Musayevin sözlərinə görə, bu görüşün təxirə salınacağı gözlənilmir: “Sumqayıtdakı stadiondan fərqli, mərkəzi arenada vəziyyət fərqlidir. Yəni, öt örtüyünün altında istilik sistemi quraşdırılıb. Bu səbəbdən mərkəzi oyun baş tutacaq”.

 

----

“Sumqayıt” – “Qəbələ” qarşılaşması nəzərdə tutulan vaxtda başlamayacaq. Bu barədə apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib. O bildirib ki, yağan qarla əlaqədar bir gün ertələnən görüşün start fiti bazar günü saat 14:00da veriləcək.