Ramin Musayevin arzuları
29.01.2014 - 11:43
AFFA-nın inzibati binasında hakim-inspektor və AFFA nümayəndələri üçün 2 günlük seminar keçirilir. Apasport.az saytının məlumatına görə, bu gün başa çatacaq seminarda Topaz Premyer Liqası, I divizion və əvəzedici komandaların çempionatına təyinat alan 70 nəfər hakim-inspektor və AFFA nümayəndəsi iştirak edir.
Seminarda çıxış etmiş Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakim-inspektor və AFFA nümayəndələrinin yarışların ikinci dövrəsinə hazırlığı ilə maraqlanıb və onlara uğurlar arzulayıb.
0
0