Fransanın “Monako” futbol klubunun rəhbərliyi baş məşqçi Klaudio Ranyeri ilə yollarının ayrıldığını elan edib. Apasport.az saytının məlumatına görə, hələlik onun yerinə yeni baş məşqçi təyin olunmayıb.
“Monako”nun vitse-prezidenti Vadim Vasilyev çətin qərar qəbul etdiklərini bildirib: “Biz Klaudioya çox gözəl işinə görə təşəkkür etmək istərdik. Amma hazırkı mərhələdə bizim layihəyə yeni dinamika vermək niyyətindəyik. Hələlik yeni baş məşqçimizin kim olacağını söyləyə bilmərəm. Bizim həll etməli olduğumuz bəzi detallar var. Sadəcə onu deyə bilərəm ki, komandamızın ifasında daha hücumameylli oyun görmək istəyirik. Belə oyun azarkeşlərimizin xoşuna gəlməlidir”.
Qeyd edək ki, “Monako” Klaudio Ranyerinin baş məşqçiliyi altında Fransa Çempionatında ikinci yeri tutub. Onun yerinə “Sportinq”in 39 yaşlı baş məşqçisi Leonardu Jardimin gətiriləcəyi güman edilir.